Buça qətliamının əmrini verən GENERAL UKRAYNALI İMİŞ

18:36 06.04.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Buça və İrpenin atəşə tutulması əmrini verən Vitali Şkolenko adlı Rusiya generalının ukraynalı olduğu üzə çıxıb.

Hafta.az xəbər verir ki, “UNİAN” portalının yazdığına görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin Çerkası vilayəti üzrə departamenti Uman yaxınlığındakı Tekuça kəndinin icra rəhbəri Aleksandr Qerşuna istinadla məlumat yayıb. 

A.Qerşunun sözlərinə görə, Rusiya generalı Şkolenko onun qohumudur. Bununla belə, Tekuçanın başçısı açıq-aşkar bir xainlə qohumluq əlaqələrinin olmasından təəssüfləndiyini bildirib və onu “məxluq” adlandırıb.

Bundan əlavə, məlum olub ki, Buça və İrpendə vəhşiliklər törətmək əmrini məhz Şkolenko verib, onun  o şəhərlərdə də çoxlu qohumları var. Qerşun qeyd edib ki, generalın özü bir neçə dəfə bu şəhərlərdəki qohumlarına baş çəkməyə gəlib.

Kənd rəhbəri qeyd edib ki,  bəhs edilən Rusiya generalı hansı şəhərləri bombaladığını dəqiq bilib. Lakin qohumluq əlaqələri də xaini qəddar əmrlərdən çəkindirməyib.