Bülent Ersoy Bakıda ilk dəfə konsert verəcək - VİDEO

16:49 05.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin divası Bülent Ersoy Bakıya gəlir.

Belə ki, Türkiyənin divası Azərbaycanın paytaxtında ilk dəfə möhtəşəm konsert ilə çıxış edəcək.

Hafta.az-ın məlumatına əsasən, Ersoyun 100-cü konserti 24 oktyabr tarixində gerçəkləşəcək.

Sənətçi konsertin anonsunu verib: “Hörmətli Azərbaycan xalqı, sizi çox sevirəm və hörmət edirəm. Qardaş vətənimə gələcəyəm. Əgər məni görməyi arzu edirsinizsə, o zaman konsertimə gəlin. Musiqisevər Azərbaycan xalqı, 24 oktyabrda görüşmək ümidi ilə...”

Qeyd edək ki, konsertin təşkilatçısı “Boomerang label” şirkətidir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az