Burak Özçivitin Moskvada keçirdiyi tədbirin biletləri 540 dollara satılıb

09:50 23.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada böyük pərəstişkarı olan türkiyəli aktyor Burak Özçivit Moskvaya gəlib.

Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, Özçivit “Crocus City Hall”da “Türk serial musiqisi” adlı tədbirdə çıxış etmək üçün Moskvaya gəlib.

Xəbərə görə, tədbir üçün demək olar ki, bütün biletlər satılıb. Parter və VIP parter oturacaqlarında qalan bir neçə yerin qiyməti 5 ilə 20 min rubl arasındadır.

Fanat görüşü variantı olan 50 min rubl (540 dollar) biletlərin hamısı satılıb.

Qəzet müvafiq xəbərlərdə Özçivit üçün “seks simvolu” ifadəsinə yer verib. Bildirilir ki, musiqili teatr tələbələri Özçivitin qaldığı otelin qapısında “Kalinka” və “Smuqlyanka” mahnılarını oxuyublar.

Oxunma sayı 197