Cəbrayıl rayonunun Cəfərabad kəndi - FOTO

10:33 23.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəbrayıl rayonunun Cəfərabad kəndi Arazboyu düzənlikdə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

Vətən müharibəsində düşmənə dağıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 4-də kəndi işğaldan azad edib.

Hafta.az işğal dövründə erməni vandalizminə məruz qalmış Cəfərabad kəndinin görüntülərini təqdim edir.AZERTAC