Çeçen komandir müharibənin bitəcəyi vaxtı açıqladı

09:05 21.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündə iştirak edən Çeçenistan əsgərlərinin komandiri Apti Alauddinov Ukrayna ordusunun döyüş sursatının azaldığını və əsgər itkilərinin yüksəldiyini nəzərə alaraq, Rusiyanın müharibəni sentyabr ayına qədər başa çatdıra biləcəyini iddia edib.

Hafta.az-ın yazdığına görə, jurnalistlərə açıqlama verən çeçen komandir, “Onların silahlarının olmadığını deyə bilmərik, amma keçən ili əvvəlki illə müqayisə etsək, döyüşçülərimizin yerləşdiyi bölgələrə qarşı bombardmanların intensivliyinin 2 dəfə azaldığını hiss edirik” deyib.

Alauddinovun sözlərinə görə, sonda hər şey o yerə gələcək ki, Ukrayna Silahlı Qüvvələri müqavimət göstərə bilməyəcək.

Çeçen komandir onu da əlavə edib ki, son aylar bir çox ukraynalı əsgər öz istəkləri ilə təslim olub.

Avdeyevkanın Rusiyanın nəzarətinə keçməsindən danışan komandir bunun rus ordusu üçün taktiki əhəmiyyət daşıdığını bildirib. O, həmçinin Avdeyevkadakı rus qoşunlarının böyük itkilərə yol verməmək və şəhərə tam nəzarəti ələ keçirmək üçün “kiçik addımlar” ataraq ehtiyatlı davrandıqlarını, lazımi təmizlik işləri aparıldıqdan sonra nəzarəti altında olan əraziləri genişləndirməyə davam edəcəklərini vurğulayıb.