Ceyhun Bayramov Britaniya səfiri ilə görüşdü

16:05 03.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Ceyhun Bayramovla görüşüb.

 

Hafta.az xəbər verir ki, bu barədə səfir öz "X" hesabında paylaşım edib.

 

"Xarici İşlər Naziri Ceyhun Bayramovla görüş zamanı Kenterberi arxiyepiskopu Castin Velbi ilə əhəmiyyətli müzakirələr apardıq. Biz davam edən humanitar yardımları və Qarabağın bütün sakinlərinin hüquqlarının müdafiəsini müzakirə etdik", - paylaşımda qeyd edilib

Siyasət rubrikasından digər xəbərlər