Ceyhun Bayramov Düşənbəyə getdi

11:34 12.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

12 may 2022-ci ildə Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Düşənbə şəhərinə yola düşüb.

 

Bu barədə XİN-dən hafta.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, nazir Ceyhun Bayramovun səfər çərçivəsində bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.