Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub

15:14 02.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefon söhbəti baş tutub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulan məsələlərin icrasının vacibliyi, eləcə də bölgədə sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunması baxımından bu razılaşmanın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.