Çin Rusiya neftindən imtina etməyə başlayıb

19:47 03.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çin neft emalı zavodları sanksiyalara görə Rusiya neftindən imtina etməyə başlayıb.

Hafta.az Bloomberg-ə istinadla bildirir ki, Sinopec və PetroChina Co. kimi dövlətə məxsus Çin şirkətləri ABŞ-ın Lukoil da daxil olmaqla, böyük neft şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsindən sonra bəzi tədarükləri ləğv ediblər. Özəl şirkətlər də ABŞ və Avropa Birliyinin cərimələrindən qorxaraq alış-verişdən çəkinirlər.