Çin istehsalı olan smartfon markaları Rusiya bazarının 80 faizini ələ keçirib.
Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, Rusiyada smartfon satışı ilk dəfə olaraq xüsusi hərbi əməliyyatdan əvvəlki dövrü keçib. Bu ilin ikinci rübündə satılan telefonların sayı 2021-ci ilin ikinci rübündə satılan telefonların sayını ötüb. 2021-ci ilin ikinci rübündə Rusiyada 6,4 milyon smartfon satılıb. 2022-ci ildə Ukrayna böhranı başlayanda bu rəqəm 4,45 milyona düşüb.
2023-cü ildə yenidən artmağa başlayan smartfon satışları 6,5 milyon ədədi keçərək böhrandan əvvəlki səviyyəni geridə qoyub.
Müharibənin və sanksiya şokunun təsiri altında 2022-ci ilin ikinci rübü ilə müqayisədə satış artımı 40 faizdən çox olub.
Çin markaları bazara hakimdir Digər tərəfdən, Qərb markalarının xarici telefon bazarından getməsi ilə Çin Rusiya smartfon bazarındakı payını rekord həddə çatdırıb. Rusiya telefon bazarında Çin brendlərinin payı hazırda 70-80 faizə yüksəlib.
Bundan əlavə, yeni logistik marşrutların yaradılması və paralel idxal sayəsində idxal olunan smartfonların Rusiyaya daxil olması da asanlaşıb. Bu çərçivədə Rusiya Samsung Galaxy S23-ün satışına başlayan ilk ölkə olub.