COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

17:14 24.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 66 010 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36 942, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 068 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 146 350, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 034 554, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 111 796 təşkil edir.