Daha iki yeni yoluxma - ölən yoxdur

16:10 25.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 831 934 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 621 nəfər müalicə olunaraq sağalıb, 10 282 nəfər vəfat edib, aktiv xəstə sayı 31 nəfərdir.

 

Ölkədə son sutka ərzində 493, hazırkı dövrədək isə 7 642 101 test aparılıb.