Deputatın statusu haqqında Qanuna edilən dəyişiklik təsdiqləndi

16:32 29.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Hafta.az bildirir ki, sənədə əsasən, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir:

21-ci maddə üzrə:

1.1.1. birinci, ikinci və altıncı hissələr ləğv edilir;

1.1.2. üçüncü hissədə “2475 manat miqdarında” sözləri “3550 manat məbləğində” sözləri ilə əvəz edilir;

1.1.3. beşinci hissədə “bir misli məbləğində” sözləri “iki misli həcmində” sözləri ilə əvəz edilir;

29-cu maddənin ikinci cümləsi çıxarılır.

Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Siyasət rubrikasından digər xəbərlər