Devid Finçer Brad Pittin Netflix filmini bəyənmir

09:45 15.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“The Killer”in rejissoru Devid Finçer yeni Netflix filmində baş rolda çəkilmək üçün Bred Pittlə niyə yenidən birləşmədiyini izah edərkən, Maykl Fassbenderin baş rol üçün seçilmə səbəbini də açıqlayıb.

Hafta.az-ın yazdığına görə, tənqidçilər tərəfindən bəyənilən “The Killer” uğursuz missiyadan sonra dünya səyahətinə çıxan yorğun qatil haqqındadır.

Aleksis Nolent və Luk Cakamonun komiksindən uyğunlaşdırılan triller premyerası olduğu Venesiya Film Festivalında 6 dəqiqəlik ayaqda alqışlarla qarşılanıb.

Finçer əvvəllər 59 yaşlı aktyorla “Seven” (Se7en) və “Fight Club” kimi filmlərdə çalışıb. Qatilin qaranlıq mövzusu da Pittin baş rolda olduğu bu filmlərlə üst-üstə düşür. Bununla belə, Finçer “Rolling Stone”a verdiyi müsahibədə Pittdən 2008-ci ildə “The Killer” filmində rol almağa maraqlı olub-olmadığını soruşduğunu açıqlasa da, aktyor ondan imtina edib.

Finçer, Pittin filmi çox üzücü gördüyünü və buna görə də aktyor heyətinə qatılmamağı seçdiyini izah etsə də, Fassbenderin baş rol kimi necə seçildiyini də açıqlayıb: “Mən əslində 2008-ci ildə rol üçün Bredi düşünürdüm. Lakin onun cavabı belə oldu ki, bu rolu özü üçün bir az uyğunsuz görür. Amma 10 ildən çox keçəndən sonra Endi ilə ssenari üzərində işləyərkən ağlıma Maykl Fassbender düşdü”.

Ssenarisini 46 yaşlı aktyora notla göndərdiyini izah edən amerikalı rejissor cəmi bir neçə saat sonra Fassbenderdən dəqiq cavab alıb: “Mən razıyam”.

Digər tərəfdən, Bred Pitt “The Killer” filmində baş roldan imtina etsə də, aktyorun prodüser şirkəti “Plan B Entertainment” filmin istehsalında iştiraka davam edirdi.

Fassbenderin "The Killer" filmindəki adsız qatil kimi çıxışı tənqidçilərdən rəğbətlə qarşılanıb.

Filmin quruluşçu rejissoru Erik Messersçmidt bildirib ki, Maykl Fassbender kamera qarşısında bir dəfə də olsun gözünü qırpmayıb.