Di Kaprio və Bezos Amazonu qorumaq üçün 200 milyon dollar bağışladı

12:45 03.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Leonardo Di Kaprio və Ceff Bezosun qeyri-kommersiya xeyriyyə təşkilatları Amazon tropik meşələri üçün güclərini birləşdirdilər.

Hafta.az-ın "Variety" jurnalına istinadən yazdığına görə, Di Kaprionun "Re:Wild" və Bezosun "Nature Solutions" şirkətləri "Braziliyanın qorunan ərazilərinin genişləndirilməsinə və idarə olunmasına dəstək olmaq" üçün 200 milyon dollar bağışlayıb.

Di Kaprio və Bezosun bu böyük ianəsi 4 il ərzində Braziliyaya Amazonda sıfır meşə qırılmasına nail olmaq və ölkənin dayanıqlı iqtisadiyyata keçidini sürətləndirmək üçün istifadə olunacaq.

Qurucularından biri olduğu "Re:wild" təşkilatı vasitəsilə mübarizəyə qatılan 48 yaşlı Di Kaprio cümə günü verdiyi açıqlamada belə deyib: "Biz Braziliyanın planetdəki vəhşi təbiət üçün ən vacib yerlərdən olan Amazonu qorumaq üçün iddialı məqsədlərindən ilhamlanırıq və Planetimizi Qoruma Çağırışı vasitəsilə bu səyləri dəstəkləyə bildiyimiz üçün həyəcanlıyıq".

Oskar mükafatlı aktyor 2021-ci ilin oktyabrında Afrikanın Okavanqo çayı hövzəsində neft və qaz qazma işlərinin dərhal dayandırılmasını tələb etmək üçün Forest Whitaker və Şahzadə Harri də daxil olmaqla, ekoloqlara qoşulub.

Bezosun Təbiət Həllərinin idarəedici direktoru Kristian Samper də "Amazon"un ekosistemdə oynadığı həyati əhəmiyyəti vurğulayıb: "Amazon qlobal biomüxtəlifliyin və iqlimin gələcəyi üçün çox vacibdir. Biz prezident Lulanın və Braziliya hökumətinin Amazonu qorumaq öhdəliyini alqışlayırıq".

Bezos nişanlısı Lauren Sançez ilə birlikdə iqlim dəyişikliyi ilə mübarizəyə kömək etmək üçün Bezos Dünya Fondu təşəbbüsünü başladıb.