Amerikalı reper və prodüser P.Diddinin (əsl adı - Şon Kombs) azadlığa buraxılması tarixi 2028-ci ilin may ayından iyun ayına keçirilərək bir ay müddətinə uzadılıb.
Hafta.az xəbər verir ki, bu barədə "Page Six" nəşri yazıb.
Bildirilir ki, qərarın rəsmi səbəbləri məlum deyil, lakin bu, reper həbsxana qaydalarını çoxlu sayda pozması halı ilə bağlı qəzet başlıqlarında yer aldıqdan sonra baş verib.
Halbuki daha əvvəl ABŞ mediası xəbər yaymışdı ki, P.Diddi gözlənilən müddətdən bir il əvvəl azadlığa buraxıla bilər.
Xatırladaq ki, musiqiçi 2024-cü ilin sentyabr ayında zorakılıq və insan alveri ittihamları ilə həbs edilib. İttihamnaməyə görə, o, ziyafətlər təşkil edərək, qonaqlara qadağan olunmuş maddələr paylayıb və onları seks sənayesi işçiləri ilə cinsi əlaqəyə məcbur edib.
Bu ilin iyul ayında məhkəmə P.Diddini 4 il 2 ay həbs cəzasına məhkum edib.