Yazını böyüt
Yazını kiçilt
Rusiya silahlı qüvvələri Donetsk vilayətinin Liman şəhərini atəşə tutub. Şəhərdə dağıntılar olub, ölənlər və yaralananlar var.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Donetsk vilayəti Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko açıqlayıb. Onun sözlərinə görə, şəhərin atəşə tutulması nəticəsində azı 6 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Müvafiq qurumlar hadisə yerindədir, axtarış və xilasetmə işləri aparılır.