Duman olacaq - Sürücülərin nəzərinə!

18:33 28.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Hafta.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 29-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava müşahidə olunacaq.

Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.

Belə ki, sabah magistral yollarda görünüş məsafəsi 300-800 metrədək məhdudlaşa bilər.