Yazını böyüt
Yazını kiçilt
Müxtəlif şəhərlərdə əcnəbilərin yaşayış xərclərini müqayisə edən “Dünyada Yaşayış Qiyməti” araşdırmasının nəticələri açıqlanıb.
Hafta.az-ın “Economist Group”un araşdırmasına istinadən yazdığına görə, ən bahalı yaşayış xərcləri olan şəhərlərin siyahısında ilk yeri Sinqapur tutur. İsveçrənin Sürix və Cenevrə şəhərləri müvafiq olaraq ikinci və çüncü yerləri bölüşür. İlk beşliyi Nyu-York və Honq Konq tamamlayır.
Siyahıda Los-Anceles altıncı, Paris yeddinci, San-Fransisko səkkizinci pillədə qərarlaşıb.
Ən maraqlı məqam Moskva ilə bağlıdır. Belə ki, əvvəlki araşdırmalarda dünyanın ən bahalı ilk 50 şəhəri arasında yer alan Moskva son bir il ərzində 105 pillə geriləyərək siyahıda 142-ci yerə düşüb.