Dünyanın ən yaxşı universitetlərinin reytinqində bir universitetimiz də yoxdur - Fazil Mustafa

13:56 06.07.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Sosial şəbəkələrdə və mediada müzakirə olunan bəzi mövzuları araşdırıb niyə cəmiyyətin bu gün müğənninin Yazıçılar Birliyinə üzv olduğunu, Söyüdlü hadisələrini, şəmkirli iş adamının 250 min dollara bir müğənnini sünnət toyuna gətirməsini bu qədər  müzakirə etdiyinin səbəblərini öyrəndim. Məlum oldu ki, bu onunla bağlıdır ki, biz ciddi məsələləri müzakirəyə çıxarmırıq”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa bildirib.

Deputat ciddi hesab etdiyi üç əsas məqama diqqət çəkib.

O, birinci təhsil nazirinin dərslərin sentyabrın 1-dən başlaması ilə bağlı irəli sürdüyü təklifin ciddi bir məsələ kimi müzakirəyə çıxarılmamasını qeyd edib. Və bildirib ki, bunun səbəbələrini müzakirə etmək lazımdır.

Deputat ikinci mühüm məqam kimi, Böyük Britaniyanın "World University Ranking" nəşrində 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqinin dərc edildiyini və Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet daxil olduğu halda Azərbaycandan bir dənə universitetin həmin siyahıya düşmədiyini təəssüflə qeyd edib. 

Deputat müzakirə olunmalı ciddi məsələlərdən birinin bu gün blokadada olan Naxçıvana bilet “qıtlığı bahalığı” məsələsinin olduğunu deyib. 

“Gürcüstandan İstanbula biletlər 100 manatdır, Azərbaycandan 700 manat. Onlar biletlərin üstündən pul tuturlar. Naxçıvana bilet çox satanda, təyyarə ayıranda üstündə 20 manat pul tutur, İstanbula 300 manat. Ona görə də Naxçıvana təyyarə ayırmır. Bu kimi ciddi məsələlər müzakirə edilməlidir”.