Düşmən Tərtər və Ağcabədini artilleriya atəşinə tutub

10:27 07.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini, Ağcabədinin Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a məlumat verilib.

Ordumuz tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür.