Ebru Gündəşlə Rza Zərrab arasında yeni məhkəmə qalmaqalı

10:30 03.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyəli müğənni Ebru Gündəşlə keçmiş həyat yoldaşı Rza Zərrab arasında gərginlik yaşanır. İddialara görə, müğənni Gündəş qızı Alara ilə şəxsi münasibətini kəsmək üçün ona qarşı həbs iddiası qaldıran keçmiş həyat yoldaşı Rza Zərrabı məhkəməyə verib.

Hafta.az-ın yazdığına görə, Ebru Gündəş Rza Zərrabın bir daha Türkiyəyə qayıtmayacağını, üstəlik başqa qadınlarla münasibətdə olduğunu iddia edərək, "evlilik birliyinin təməli sarsıldı" deyərək boşanma ərizəsi verib. 

Gündəşin 11 illik keçmiş əri Rza Zərrab ötən il qəyyumluq iddiası qaldıraraq 11 yaşlı qızları Alara Zərrabın qəyyumluğunun anasından alınaraq ona verilməsini istəyib. Bundan sonra məlum olub ki, 48 yaşlı müğənni də özündən 9 yaş kiçik keçmiş həyat yoldaşını məhkəməyə verərək onun övladı ilə şəxsi münasibətinin ləğv edilməsini istəyib.

Məlumat verilir ki, dünən Bəykoz 2-ci Məhkəməsində “həbs dəyişdirilməsi” iddiasının yeni iclası keçirilib. Məxfilik qərarı olan iş may ayına təxirə salınıb.