Əhməd Məsud Taliban hakimiyyətinə qarşı İsraildən kömək istədi

11:30 04.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstan İslam Əmirliyinin rəhbərliyinə qarşı çıxan tacik əsilli liderlərdən Əhməd Şah Məsudun oğlu Əhməd Məsud İsraildən kömək istəyib.

Hafta.az-ın yazdığına görə, İsrail mətbuatına açıqlama verən Məsud deyib: "Bizə dəstək olmaq istəyən bütün tərəflərin, o cümlədən İsrailin köməyinə ehtiyacımız var. Düşünürəm ki, qaranlıq, terror və cəhalət qarşısında insanlığın tərəqqisi üçün hamımız birlikdə hərəkət etməliyik".

Keçmiş Kabil administrasiyasının vitse-prezidenti Əmrullah Saleh və Əhməd Şah Məsudun oğlu Əhməd Məsudun çevrələri “Milli Müqavimət Cəbhəsi” adı altında təşkilatlanaraq Taliban iqtidarına qarşı mübarizə aparır. Keçmiş Şimal Alyansının birləşmələri də bu strukturları dəstəkləyir. Lakin onlar ilk gündən Taliban administrasiyasının hərbi əməliyyatları zamanı ağır zərbə alıb.

Oxunma sayı 158