Əli Əsədov Gürcüstan səfirliyində olub - FOTO

17:23 19.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirliyində başsağlığı verib.

Hafta.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov səfirliyə gedərək Bütün Gürcüstanın Katalikos-Patriarxı, görkəmli din xadimi II İliya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı kitabına ürək sözlərini qeyd edib.