Əli Əsədov Gürcüstana səfər edəcək

22:19 29.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov gələn ay Gürcüstana səfərə gedəcək.

Hökumət başçısı 26-27 oktyabr tarixlərində Tbilisidə keçiriləcək beynəlxalq İpək Yolu Forumunda ali qonaq qismində iştirak edəcək.

Qeyd edək ki, forumda Ermənistan Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilir.

Oxunma sayı 55