Amerikalı aktrisa Zendaya ən çox maaş alan aktrisalardan birinə çevrilib. Məşhur HBO şirkəti ilə müqaviləsini yeniləyib və indi 26 yaşlı ulduz "Euphoria" serialının çəkilişlərinə görə 1 milyon dollar alacaq, Los Angeles Times yazır.
Hətta dünyaca məşhur serialların standartlarına görə də bu, böyük məbləğdir – “Dostlar” serialının əsas personajları son üç mövsümdə serial üçün oxşar ödənişlərlə öyünürlər.
Aktyorlar Nikol Kidman, Riz Uizerspun və Elizabet Mossun hər epizod üçün 1 milyon dollar maaş aldığı bildirilir.
26 yaşlı amerikalı aktrisa, müğənni və model əslən Kaliforniyadandır. O, daha çox “Hörümçək-adam: Evə qayıdış”, “Hörümçək-adam: Evdən uzaq” və “Hörümçək adam: Evə yol yoxdur” filmlərində Mişel “MJ” Cons rolu ilə tanınıb.
Zendaya həm də sensasiyalı yeniyetmə “Euphoria” serialının baş qəhrəmanı oldu. Premyerası 2019-cu ildə baş tutub. Tamaşaçılar layihəni o qədər bəyəndi ki, onun müddəti uzadıldı - üçüncü mövsümün premyerası 2023-cü ildə gözlənilir.