Ərdoğan Rusiya ilə taxıl müqaviləsinə münasibət bildirib

18:00 17.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əmindir ki, Rusiya prezidenti Vladimir Putin taxıl sazişinin davam etməsini istərdi. Bu barədə TASS məlumat yayıb.

Türkiyə dövlətinin başçısı İstanbulda mətbuat konfransı zamanı yaranmış vəziyyəti şərh edib.

“İnanıram ki, dostum Putin bu humanitar körpünün fəaliyyətini davam etdirmək istəyir və mən səfərdən qayıdan kimi Putinlə danışıqlar aparacağam”, - Türkiyə dövlət başçısı əlavə edib.