Ankarada Prezident İlham Əliyevlə görüşən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan önəmli açıqlamalar verib.
Hafta.az türk mediasına istinadla bildirir ki, İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibəti ilə təbrik edən Ərdoğan deyib:
"Mən çox şadam ki, qardaşım İlham prezident seçiləndən dərhal sonra ilk rəsmi xarici səfərini Türkiyəyə etdi.
Münasibətlərimiz “iki dövlət, bir millət” prinsipi əsasında inkişaf edir, biz ikitərəfli münasibətlərimizin bütün aspektlərini nəzərdən keçirdik, bütün regional və beynəlxalq hadisələri dəyərləndirdik.
Qafqazda sülh addımlarından danışdıq. Bu prosesdə biz Azərbaycanla çiyin-çiyinə hərəkət edirik.
Qarabağla bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması vacibdir.
Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla addımlayacağıq".