Erməni diplomatlar Paşinyandan üz döndərir

11:01 28.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son günlər baş verən hadisələr fonunda Ermənistanın dövlət quruluşu çat verib. Nikol Paşinyanın dövlət sisteminin daxildən çatlamaması üçün çox səy göstərməsinə baxmayaraq, mövcud vəziyyətə görə indiki mərhələdə heç bir nəzarət mexanizmi işləmir.

Hafta.az bildirir ki, bu barədə “Past” qəzeti öz mənbələrinə istinadən yazır.

“Xarici İşlər Nazirliyindəki mənbəmiz bildirir ki, Ermənistanın müxtəlif ölkələrdə akkreditə olunmuş ondan çox konsulları belə biabırçı şəraitdə Ermənistan hakimiyyəti ilə işləmək niyyətində olmadıqları barədə hesabatlar təqdim ediblər. Eyni mənbənin məlumatına görə, son bir həftə ərzində erməni diasporunun nümayəndələri müxtəlif ölkələrdəki erməni səfirlər və konsullar ilə çox sərt söhbətlər apararaq, Ermənistan hakimiyyətinin apardığı anti-erməni siyasətini kəskin tənqid ediblər.

Xarici İşlər Nazirliyindən də bizə dedilər ki, bir neçə səfir də istefa vermək istəyir, lakin onlarla ayrı-ayrılıqda söhbətlər aparılıb, onları heç olmasa indiki mərhələdə öz vəzifələrində qalmağa razı salmağa çalışıblar”, - qəzet yazır.