Ermənistan məhbusları Qarabağa göndərməyə hazırlaşır

22:03 04.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda məhbuslardan ibarət könüllü dəstələrin Dağlıq Qarabağa döyüşlərə göndərilməsi məsələsi nəzərdən keçirilir.

Hafta.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin ədliyyə naziri Rüstəm Badasyan deyib.

O bildirib ki, məhbusların cəbhəyə yollanması üçün onların barəsində verilən həbs qərarlarını dəyişmək lazımdır. Nazir əlavə edib ki, bu məsələni ölkənin Baş prokurorluğu həll edir və hazırda bu proses gedir.