Ermənistan üçün bu addım alçaldıcıdır - Kosaçev

19:14 03.10.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Roma Statusunu ratifikasiya etmiş istənilən ölkə kimi Ermənistan da hüquqi suverenliyini itirir, bu, alçaldıcıdır. Hafta.az bildirir ki, bu fikirləri Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.

"Hər hansı bir dövlət üçün BCM-nin Roma Əsasnaməsinin ratifikasiyası hüquqi suverenliyin itirilməsindən başqa bir şey deyildir ki, bu da özlüyündə alçaldıcıdır. Məhz bu səbəbdən, həqiqətən də suveren dövlətlər, o cümlədən Rusiya, ABŞ, Hindistan, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail, İran və başqaları buna qoşulmayıb qoşulma”, - Kosaçev Telegram kanalında yazıb.

O qeyd edib ki, bu ratifikasiya “Rusiyaya qarşı açıq-aşkar qeyri-dost addımdır”. Kosaçev vurğulayıb ki, Ermənistan parlamentində “bu ölkənin davam edən “Haaqa Femidası” tərəfindən hüquqi əsarət altına alınması prosesini dayandıra biləcək qüvvələr yox idi.

"Gələcəkdə bugünkü ratifikasiya qərarı Ermənistan hakimiyyətinin öz əleyhinə çıxa bilər”, - deyə parlamentari davam edib.

Siyasət rubrikasından digər xəbərlər