Rəsmi İrəvan dəfələrlə bəyan edib ki, “Zəngəzur dəhlizi” məntiqi heç bir halda Ermənistan tərəfi üçün məqbul deyil.
Hafta.az xəbər verir ki, belə bəyanatla iyulun 26-da İrəvanda keçirilən mətbuat konfransında parlamentin Xarici Əlaqələr üzrə Daimi Komissiyasının sədri, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, hakim partiyadan olan deputat Eduard Ağacanyan deyib.
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı məsələni müzakirə etməkdən imtina edir və əvvəldən bunu etməkdən imtina edib", - deputat deyib.
Qeyd edək ki, Azərbaycan birmənalı şəkildə bölgədə sülhün əldə olunmasının ən mühüm çərtlərindən biri kimi Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayıb. Bu məsələ ilə bağlı rəsmi Bakının prinsipial mövqeyi dəyişməz olaraq qalır. Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməli, Zəngəzur dəhlizi açılmalıdır, ya da...