Ermənistanın Bərdəyə raket atəşi nəticəsində həlak olan 16 yaşlı yeniyetmə-VİDEO

18:52 07.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, bu gün saat 16 radələrində Ermənistan silahlı qüvvələri Bərdə rayonunu raket atəşinə tutub.

Hadisə nəticəsində rayonun Yeni Əyricə kəndində yerləşən fərdi yaşayış evinə mərmi düşüb, həmin vaxt evin həyətində olan 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub.

Həlak olan 16 yaşlı Ş. Rəhimov ailədə 3 qardaş olub. Qardaşlar üçəm olublar. Ş. Rəhimovun ailəsi Laçın rayonundan olan məcburi köçkündür və Bərdə rayonu ərazisində fermadakı tikilidə məskunlaşıbmış.