Əsas problemlər ölkədə dərman istehsalının olmaması ilə bağlıdır - Əhliman Əmiraslanov

13:52 06.07.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Dərmanların keyfiyyəti, qiyməti ilə bağlı problemlər var və necə ki, əsas dərmanları xaricdən idxal edirik, bu problemlər qalacaq”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” qanunun müzakirəsində bildirib.

Deputat hesab edir ki, əsas problemlər ölkədə dərman istehsalının olmaması ilə bağlıdır.

“Artıq bu istiqamətdə ciddi addımlar atılır. Ələt İqtisadi zonasında dərman istehsalı ilə bağlı şirkətlər fabriklər quracaqlar. Düşünürəm ki, bu, mövcud problemləri tədricən aradan qaldıracaq”.

Ə.Əmiraslanov həmçinin qiymətlərin baha olmasında əsas səbəbin dərmanların xaricdən gətirilməsini qeyd edib.

Deputat eyni zamanda vətəndaşların xaricdən gələrkən özləri üçün dərman gətirməsinə məhdudiyyətlərin aradan qaldırılmasını təklif edib.