Facebook-da Rysiyanın Ukraynaya hücumu müdafiə edilir?

17:42 23.05.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Rusiya və Ukrayna arasında müharibə davam etdiyi vaxtda, Slovakiyada Moskvayönlü mesajların kəskin şəkildə artdığı müşahidə edilib.

Hafta.az bildirir ki, mərkəzi ofisi ABŞ-da yerləşən Bloomberg media orqanı keçmiş Sovet İttifaqı ölkələrində, xüsusən də Slovakiyada Moskvayönlü təbliğatın “Meta”nın tərkib hissəsi olan “Facebook”da geniş şəkildə yayıldığını açıqlayıb.

Bloombergdə dərc edilən xəbərə görə feysbukda, Rusiyanın əslində Ukraynanı işğal etmədiyi və Ukraynanın gizlicə bioloji silah istehsal etdiyi kimi yanlış və qərəzli bilgilər yayımlanmaqdadır.

Metanın mövzu ilə bağlı "Yalan məlumatların yayılmasının qarşısını almaq üçün ən sərt tədbirləri görürük" açıqlamasına baxmayaraq, META-nın baş direktoru Mark Zukerberqin də ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində ifadə verəcəyi qeyd edilib.

Oxunma sayı 66
Media rubrikasından digər xəbərlər