Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb

15:54 16.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.

O bu barədə “Report”a açıqlamasında məlumat verib.

Xatırladaq ki, 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkisi təyin edilib.

Dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.