FHN-ə məxsus daha 53 avtomobil Xankəndiyə göndərildi - FOTO

15:13 27.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinə məxsus daha şəxsi heyyətin və zəruri avadanlıqların olduğu 53 avtomobil Xankəndiyə yola salınıb.

Hafta.az həmin kadrları təqdim edir:

Qeyd edək ki, ötən gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra yaranan güclü yanğının lokallaşdırılması məqsədi ilə yanğının söndürülməsi üçün Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə yola düşüb. Bu gün səhər saatlarında isə FHN-in 10 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi 50 nəfərdən ibarət heyətlə Xankəndi şəhərinə yola düşüb.

Oxunma sayı 48
Siyasət rubrikasından digər xəbərlər