Yazını böyüt
Yazını kiçilt
Fransalı məşhur aktyor və rejissor Jan-Lui Trentinyan vəfat edib.
Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, 91 yaşlı aktyor bu gün səhər saatlarında təbii səbəblərdən öz evində dünyasını dəyişib.
Qeyd edək ki, Jan-Lui Trentinyan “Qadın və kişi”, “Məhəbbət”, "Ötmə", "Allah qadını yaratdı" filmləri ilə məşhurluq qazanıb.