Gecə saatlarında ABŞ İrana qarşı yenidən zərbələr endirib

08:36 22.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisindəki hərbi hədəflərə qarşı yeni zərbələr seriyasına başladığını açıqlayıb.

Hafta.az xəbər verir ki, bu barədə CENTCOM-un X sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib.

Açıqlamaya görə, zərbələr ardıcıl on birinci gecədir davam etdirilir.

CENTCOM qeyd edib ki, əməliyyatların məqsədi İranın Hörmüz boğazında beynəlxalq ticarət gəmiçiliyini təhdid etmək imkanlarını zəiflətməkdir.