General DSX Mərkəzi Aparatına rəhbər təyin olundu

15:18 06.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Sərhəd Xidmətində (DSX) aparılan kadr islahatları çərçivəsində daha bir general vəzifədə irəli çəkilib.

Hafta.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, general-mayor Faiq Məmmədov DSX Mərkəzi Aparatının yeni rəhbəri təyin edilib. Bu, Mərkəzi Aparatın əsas idarəetmə strukturudur.

Qeyd edək ki, Faiq Məmmədov daha əvvəl DSX-də Baş idarə rəisi vəzifəsində işləyib. O, həmçinin qısa müddətə DSX Akademiyasının rəis əvəzi olub. General 2024-cü ildə ikinci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. /"Qafqazinfo"/

General DSX Mərkəzi Aparatına rəhbər təyin olundu