“Georgian Airways” transfer Avropa uçuşlarına start verib

11:14 07.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın “Georgian Airways” aviaşirkəti Moskvadan Tbilisi üzərindən Avropaya uçuşlara başlayıb. Hansı ki, əvvəllər ruslar Avropaya uçmaq üçün daha çox İstanbul və ya Antalyaya birləşdirici reyslərə üstünlük verirdilər.

Hafta.az-ın “Moskvicmag” jurnalına istinadla yazdığına görə, “Georgian Airways”in Tbilisidən birləşdirən reysləri arasında Nitsa, Milan, Paris, Berlin, Vyana, Amsterdam, Larnaka və Saloniki var.

Moskvadan Nitsaya gediş-dönüş bileti orta hesabla 1000 avroya başa gəlir. Milan uçuşları üçün qiymət təxminən 870 avrodur. Jurnal məzənnənin artması ilə qiymətin 80-100 min rubl diapazonuna uyğun gəldiyini yazıb.

Antalya və Vyanadan iki birləşdirici uçuşla Moskvadan Nitsaya uçuşlar təxminən 70 min rubla başa gəlir. İstanbul və ya Əlcəzair üzərindən tək birləşdirici uçuşlar üçün qiymət 140 min rubl təşkil edir.