Gürcüstan Rusiyaya avtomobil ixracını yasaqladı

09:05 27.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Departamentindən verilən açıqlamaya görə, bütün elektrik və hibrid avtomobillərin, həmçinin həcmi 1900 kubsantimetrdən çox olan motorlu nəqliyyat vasitələrinin Rusiyaya idxalı qadağan edilib.

Hafta.az-ın yazdığına görə, müvafiq qadağa qərarı Aİ-nin Moskvaya tətbiqlədiyi məhdudiyyətlərin 11-ci paketinə uyğun olaraq qəbul edilib.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, minik avtomobilləri məhsul qrupları arasında on ixrac kateqoriyasında birinci, Gürcüstanın Rusiyaya ixracında isə üçüncü yeri tutub. Belə ki, 2023-cü ilin birinci yarısında Rusiyaya 65,8 milyon dollar dəyərində 4840 avtomobil reeksport edilib.

Rusiya avtomobil dilerləri 2023-cü ildə minik avtomobillərinin qiymətlərinin 30 faiz artacağını proqnozlaşdırıblar. Rusiya Avtomobil Dilerləri Assosiasiyasının (ROAD) vitse-prezidenti və baş direktoru Vyaçeslav Jiqalovun sözlərinə görə, təkrar emal haqqının artması və rublun məzənnəsindəki ciddi dalğalanmalar artıq avtomobillərin qiymətinin artmasına səbəb olub. Gürcüstanın Rusiyada avtomobil bazarını alt-üst edəcəyini deyən Jiqalov, bunun qiymətləri yüksəldəcəyini bildirib.

Siyasət rubrikasından digər xəbərlər