Hakan Fidan Azərbaycana səfər edəcək

22:52 09.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Azərbaycana səfər edəcək.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, Türkiyənin xarici işlər naziri Şuşada keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 27-ci iclasında iştirak edəcək.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Azərbaycan 1992-ci ildən İƏT-in üzvüdür.

Siyasət rubrikasından digər xəbərlər