Yazını böyüt
Yazını kiçilt
Hazırda Füzulidə ekshumasiya işləri davam edir.
Hafta.az xəbər verir ki, bu barədə BQXK-nın məhkəmə tibbi ekspertiza koordinatoru Elif Günçe Eskiköy deyib.
“2022-ci ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə pilot layihəyə başladıq. Bu layihə hələ də davam edir. Hazırda bu layihənin 6-cı ərazi çalışması gerçəkləşdirilir. Bununla da ərazi fəaliyyəti tamamlanacaq və identifikasiyaya fokuslanacağıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, BQXK jurnalistlər üçün məlumatlandırıcı sessiya keçirir.