Hikmət Hacıyev “New York Times”a edilən hücumdan yazdı

10:01 02.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“ABŞ-ın radikal, şovinist erməni lobbi qruplarının Fransada TF1 heyətinə qarşı olduğu kimi "New York Times"a qarşı da hücumlarını və təhdidlərini qətiyyətlə pisləyirik. İfadə azadlığını / azad medianı boğmağa çalışırlar. Həmin reportajın bəzi hissələri ilə biz də razılaşmaya bilərik, lakin işlərinə hörmət edirik”. 

Hafta.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev tvitter səhifəsində yazıb.