Yazını böyüt
Yazını kiçilt
Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar Şəki rayonuna səfəri çərçivəsində Şəki Dövlət Rəsm Qalereyasını ziyarət edib.
Hafta.az yazır ki, səfir Kumar sərgilən əsərlərlə tanış olub, qalereya haqqında təsisin rəhbərlərindən məlumat alıb.

Qalereyanın direktor müavini hindistanlı diplomata müxtəlif dövrlərdən Azərbaycan incəsənətini nümayiş etdirən rəsm, qrafik əsərlər, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət kolleksiyası, həmçinin tematik sərgi zalları haqqında qısa məlumat verilib.

Bundan əlavə, səfir Abhay Kumar binanın tarixi-memarlıq dəyərini qoruyub saxlayan Dövlət Turizm Agentliyi tərəfindən 2022-ci ildə həyata keçirilən bərpa işləri barədə də məlumatlandırılıb.