Hollivud aktrisası avtomobil qəzasına düşüb

17:27 06.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məşhur Hollivud aktrisası Enn Heçe avtomobil qəzası nəticəsində ağır yanıq xəsarətləri alıb.

Hafta.az xarici KİV-lərə istinadla xəbər verir ki, qəza Los-Ancelesin Mar-Vista bölgəsində günorta saatlarında baş verib. Aktrisa mavi rəngli “Mini Cooper” markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirib və maşın yaşayış kompleksinin qarajına çırpılıb. Sakinlər aktrisanı maşından çıxarmağa çalışarkən avtomobil sürətlə geriyə doğru hərəkət edib və yaşayış evinə çırpılaraq yanğına səbəb olub. Yanğın genişmiqyaslı olduğu üçün bütün binanı bürüyüb. Nəticədə aktrisa Enn Heçe ağır yanıq xəsarəti alıb.

Qeyd edək ki, həkimlərin verdiyi məlumata görə aktrisanın vəziyyəti hələ ki, ağır olaraq qalır.

Oxunma sayı 197