Hollivudun Şöhrət Parkında yeni “ulduz”un açılış mərasimi keçirilib

14:50 25.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məşhur italiyalı tenor Luçano Pavarottinin xatirəsinə ehtiram olaraq Hollivudun əfsanəvi Şöhrət Parkında həkk etdirilmiş “ulduz”un açılışı olub.

Hafta.az EFE agentliyinə istinadla xəbər verir ki, açılış mərasimində müxtəlif vaxtlarda Pavarotti ilə birgə işləmiş amerikalı dirijor Ceyms Konlon həmkarını XX əsrin ən böyük opera müğənnilərindən biri kimi dəyərləndirib.

Qeyd edək ki, Luçano Pavarotti 2007-ci ildə 71 yaşında vəfat edib.

 

Oxunma sayı 205