Kim Kardaşyan Britaniya kraliçasının yubiley tədbirinə buraxılmadı

15:15 03.06.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə gənc sevgilisi ilə Londonda olan erməni pornoulduz Kim Kardaşyan şənbə günü Bukinhem sarayında keçiriləcək Kraliça II Yelizavetanın taxta çıxmasının 70-ci ildönümündə iştirak etməyə cəhd göstərib.

Hafta.az xəbər verir ki, bu haqda  “Daily Mail” yazıb.

Qəzet qeyd edir ki, tele-ulduz məqsədinə çatmaq üçün səylərini əsirgəməsə də, Bukinhem sarayı qərarlı olub. Məsələ ilə bağlı məlumatlı mənbənin bildirdiyinə görə, şəxsi nümayəndələr vasitəsilə məclisə bilet almayan Kardaşyan indi VİP yer olmasa da, buna etiraz etmədiyini vurğulayaraq başqa yollarla bilet tapmağa çalışır.

“Kim Kardaşyanın nadir hallarda hansısa tədbirə buraxılması qadağan edilir.  Buna görə də olduqca təəccüblüdür, xüsusən də ona görə ki, o, Böyük Britaniyaya tez-tez getmir. "Kim və Pit kral ailəsini sevir, onlar həqiqətən də bu xüsusi bayramın bir hissəsi olmağı istəyirdilər"- deyə "məşhur"ların  nümayəndələri bildirib.

Oxunma sayı 411