Kişi həyat yoldaşını güllələdi

22:27 07.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini olan qadının odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı hadisəni qadını həyat yoldaşı 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Əfsun Əhmədovun ov tüfəngi ilə yaralaması məlum olub.

 

Yaralı xəstəxanaya yerləşdirilib, cinayəti törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir